Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Milan" kapitanı ilə yolları ayıracaq
"Milan"ın kapitanı Teo Ernandes komandanı tərk etmək üzrədir.
Oxu.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu klubla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
O, yeni sözləşmədə əvvəlkindən daha yüksək maaş tələb edib. "Rossonerilər" isə bu məbləği ödəməyə hazır deyillər. Buna görə də "Milan" müdafiəçini yayda satışa çıxaracaq. Onun "Milan"la 2026-cı ilin iyununa qədər müqaviləsi var.
Fransa millisinin üzvünün qardaşı Lukas Ernandesin çıxış etdiyi PSJ-yə keçəcəyi iddia olunur.
Qeyd edək ki, "qırmızı-qaralar" Ernandesi 2019-cu ilin yayında "Real Madrid"dən transfer ediblər. O, bu mövsüm "qırmızı-qaralar"ın heyətində 35 matçda dörd qol vurub və beş məhsuldar ötürmə edib.
"AC Milan" teqi üzrə xəbərlər
- Santyaqo Ximenes UEFA Çempionlar Liqasında ilkə imza atıb
- ÇL-in pley-off mərhələsinin ilk cavab oyunlarının ƏN YAXŞILARI - Türkiyəli futbolçu da var
- UEFA Çempionlar Liqası: Pley-offdan 1/8 finala çıxan ilk komanda bəlli oldu
- UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələcək daha dörd komanda bəlli olacaq
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü