Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Milan” “Sampdoriya”nı darmadağın etdi – VİDEO
İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” öz meydanında elita ilə vidalaşmış “Sampdoriya” ilə qarşılaşıb.
Matç “rossoneri”nin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Olivye Jirunun het-trik etdiyi qarşılaşmada “Milan”ın digər qollarını Rafael Leau və Brahim Diaz vurublar. “Sampdoriya”nın təsəlli qoluna Fabio Kvalyarella imza atıb.
Qələbə sayəsində xallarını 64-ə çatdıran “Milan” 5-ci pillədə qərarlaşıb. Komandanı Çempionlar Liqası zonasından 1 xal ayırır. 4-cü pilləni sahibi “Latsio” bir oyun az keçirib və 65 xalı var.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu