Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Milan” yayda ulduzunu sata bilər
“Milan” yay transfer pəncərəsi zamanı hücumçusu Rafael Leaonu sata bilər.
Bu, klub 23 yaşlı portuqaliyalı ilə yeni müqavilə üzrə razılığa gələ bilməyəcəyi təqdirdə baş verəcək. “Milan” futbolçuya illik 6 milyon avro maaşla müqavilə təklif edib. “Rossoneri”nin məbləği 7 milyona yüksəltmək imkanı var. Futbolçunun özü isə bonuslar istisna olmaqla, ildə 7,5 milyon avro sabit gəlir istəyir.
Hücumçunun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. “Milan” futbolçunu həmin zaman pulsuz buraxmaq məcburiyyətində qalmaq istəmədiyi üçün bu yay satılmasını nəzərdən keçirir.
2019-cu ilin avqustundan “Milan”da çıxış edən Leao bu mövsüm bütün turnirlərdə 35 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 80 milyon avrodur.
Mənbə: “Calciomercato”
"AC Milan" teqi üzrə xəbərlər
- Futbol təbiilikdən çıxır: Süni intellekt rəqibin zəif nöqtələrini tapır, transferləri kompüter seçir
- İtaliya A Seriyası: "Milan" səfərdə "Verona"nı üstələdi
- Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- 2024-cü ilin ən yaxşı qapıçılarının siyahısı bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər