Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
“Milan”dan darmadağın, “Roma” uduzdu - VİDEO
İtaliya A Seriyasının II turunda “Milan” böyük hesablı qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, “rossoneri” öz meydanında “Torino”dan güclü olub - 4:1.
Olivye Jirunun penaltidən dubl etdiyi qarşılaşmada “Milan”ın digər qollarını Teo Hernandez və Kristian Pulişiç vurublar. Qonaqların heyətində Perr Şurs fərqlənib.
İki matçda maksimum nəticə əldə edən - altı xal qazanan “Milan” liderdir.
Digər qarşılaşmada “Roma” səfərdə “Verona”ya uduzub - 1:2.
Ev sahiblərinə qələbə qazandıran qolları Ondrey Duda və Siril Nqonqe vurublar. “Roma”da Hussem Auarın qolu yalnız təsəlli olub.
Mövsümə əla başlayan “Verona” altı xalla ikincidir. “Roma”nın cəmi bir xalı var.
Faiq Tahirov
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu