Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Millimiz baş məşqçisiz qaldı
Qadın voleybolu üzrə millimiz baş məşqçisiz qalıb.
Oxu.Az xəbər verir ki, italiyalı baş məşqçi Covanni Kaprara müqaviləsi başa çatdığından ölkəsinə qayıdıb.
Azərbaycan Voleybol Federasiyasından bu xəbəri təsdiqləyiblər:
"Bəli, Kaprara ilə müqaviləmiz qısamüddətli idi və başa çatıb. Ancaq onunla yeni müqavilə bağlanıb-bağlanmayacağı barədə dəqiq məlumat verə bilmərik. Hazırda yığma komandalar fasilədədir.
Komandamız Avropanın ilk "10-luğ"una düşdüyündən yanvarda qitənin digər yeddi komandası ilə Olimpiadaya vəsiqə üçün bir yer uğrunda mübarizə aparacaq. Bu səbəbdən həmin tarixə hələ çox vaxt qaldığından yeni baş məşqçimizin kimliyi hələ aktual deyil".
Qeyd edək ki, Covanni Kaprara millimizin başına may ayında keçmişdi. Təcrübəli mütəxəssis Avropa Liqasında, Braziliyada keçirilən Olimpiya lisenziyalı turnirdə və Avropa çempionatında komandaya baş məşqçilik edib. Komandamız ilk iki turnirdə uğursuz olsa da, qitə birinciliyində 1/8 finaladək irəliləmişdi.
Səbuhi Musayev
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyada sərnişin avtobusu dağ yolundan aşdı: 17 ölü, xeyli yaralı var
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- Braziliyalı nazir: "Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmini üçün prioritetdir"
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər