Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Millimiz dünya çempionatına 15 şahmatçı ilə yollanacaq
Dekabrın 26-31-i aralığında ABŞ-nin Nyu-York şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanın 15 şahmatçısı mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytında bildirilib.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Read Səmədov və Vüqar Manafov çıxış edəcəklər.
Qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, dünya çempionatı üçün 300 şahmatçı qeydiyyatdan keçib.
"Azərbaycan Şahmat Federasiyası" teqi üzrə xəbərlər
- Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər
- Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə iştirakdan imtina elədi - SƏBƏB
- Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün BƏLLİ OLACAQ
- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun rəqibləri bəlli olublar