Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, yığmamız AVRO-2016-nın seçmə mərhələsinin ilk oyunu öncəsi səfərdə Rusiya ilə münasibətlərinə aydınlıq gətirib.
Yalnız seçmə matçlarında şimal qonşularımızla üz-üzə gələn Berti Foqtsun yetirmələri rəqibinə böyük hesabla uduzub. Sentyabrın 9-da əsas sınaq qarşısına çıxacaq komandamız ruslara 0:4 hesabı ilə məğlub olub.
Qollar: Aleksandr Kerjakov, 6; 11, İqnaşeviç, 40, Qranat, 81.
Qeyd edək ki, millimiz 6 gün sonra AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstan millisi ilə qarşılaşacaq.