Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Vadutsda keçirilən görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb.
Komandamız 9-cu dəqiqədə buraxılan qolla Avropanın ən zəiflərindən hesab olunan rəqibinə uduzub.
Qeyd edək ki, bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Sözügedən komanda əvvəlki 56 rəsmi oyununda nəinki qalibiyyət üzü görməmişdi, heç xal da qazana bilməmişdi.
Səbuhi Musayev