Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib.
“Report”un məlumatına görə, yarışın qalibləri fəxri kürsüyə çıxıblar.
Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, AKAF prezidenti Vüqar Əhmədov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Cavit Kabakçı, Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk, AKAF-ın baş katibi Fərhad Əliyev və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, oktyabrın 25-də startı verilən “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.
Rəylər