“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İsrailin “Red Meat Tad” kollektivi ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən “Zəngəzur” yarımfinala yüksəlib.
14:48
“Zəngəzur” minifutbol klubu Bolqarıstanda təşkil edilən Avropa Kubokunda pley-off oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi yerli “Meçkite” ilə üz-üzə gəlib.
Rəqibini 1:0 hesabı ilə məğlub edən “Zəngəzur” 1/4 finala vəsiqə qazanıb.