Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.
“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Böyük Britaniyanın “AVS Sikses” klubu ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn “Zirə” yarımfinala yüksəlib.
Qeyd edək ki, daha əvvəl “Birbaşa Bakı” 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.
21:32
“Birbaşa Bakı” minifutbol komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasının 1/4 final mərhələsində meydana çıxıb.
“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniya klubu AEK-lə qarşılaşıb.
“Birbaşa Bakı” turnirin son çempionuna 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Çempionlar Liqasındakı digər təmsilçimiz “Zirə” 1/4 finala yüksəlib.