Milli Olimpiya Komitəsi (MOK) maskot müsabiqəsi elan edib.
MOK-dan Oxu.Az-a verilən məlumata görə, qurum ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu müəyyənləşdirəcək. Öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabr tarixinədək mövzuda “Maskot” qeyd etməklə MOK-un e-mail ünvanına (Marketing@noc-aze.org) göndərə bilər.
Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçılar təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər.
Müsabiqənin qalibi Milli Olimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək.
Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə MOK-un mülkiyyətinə keçmiş olacaq.
