PSJ “Monako”nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək.
Oxu.Az Report-a istinadla xəbər verir ki, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.
Maliyyə feyr-pleyini pozmamaq üçün Neymara görə 222 mln. avro ödəmiş “qırmızı-göylər” bir sıra futbolçularını satmalıdır. Klubu Serj Orye, Atem Ben-Arfa, Qjeqoj Krıxovyak, Qonsalu Quedeş, Lukas Moura, Yulian Draksler və Anhel Di Mariya tərk edə bilər.
Bundan əvvəl Mbappenin klub ilə beş illik müqavilənin şərtlərini razılaşdırdığı məlumat verilmişdi.
A.S.
www.oxu.az