Joze Mourinyo “Çelsi" futbol klubunun baş məşqçi vəzifəsindən istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Dekabrın 14-də London təmsilçisi səfərdə “Lester Siti” komandasına 1:2 hesabı ilə məğlub olub. “Çelsi” İngiltərə Premyer liqasında 16-cı yerdə qərarlaşıb. Komandanın hesabında cəmi 15 xal var.
Çempionlar Liqasında isə Roman Abramoviçin klubunun işləri yaxşı gedir. Komanda play-off mərhələsinə vəsiqə qazanıb.
Dekabrın 7-də məlumat verilib ki, “Çelsi” futbol klubu Jose Mourinyo ilə müqaviləyə vaxtından əvvəl xitam versə, baş məşqçi 37,5 milyon funt sterlinq məbləğində kompensasiya alacaq.