“Tottenhem” futbol klubunun baş məşqçisi Joze Mourinyo koronavirus səbəbilə evdə karantində olan yaşlı londonlulara kömək edib.
Lenta.ru-nun məlumatına görə, bunu əks etdirən video “Twitter”də yayımlanıb.
O, “Age UK” təşkilatının xeyriyyəçi tədbirlərinə könüllü olaraq qatılıb və yaşlılara zəruri malların çatdırılmasına kömək edib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqasında mövsümə ən azı 30 aprelə qədər ara verilib.