“Nou Kamp” idman kompleksində “Barselona” klubuna məxsus və sahəsi 500 kvadratmetr olan yeni kafe fəaliyyətə başlayıb.
ESPN məlumat verir ki, yeni “Barça Cafe” ötən gündən etibarən öz qapılarını klub tərəfdarlarının və bütün dadlı yemək həvəskarlarının üzünə açıb.
Kafedə müştərilərə klubun tanınmış futbolçuları adından hazırlanmış təamlar təklif olunur.
Bunların arasında Messi pizzası, Buskets qızardılmış cücəsi, Xordi Alba balığı, Dembele Marqaritası da var.