UEFA Çempionlar Liqasında I tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə keçirilən bütün qarşılaşmalar artıq başa çatıb.
A qrupunun ikinci matçında “Napoli” İtaliyada İngiltərə “Liverpul”unu qəbul edib. Matç gözlənilməz nəticə ilə - “mersisaydlılar”ın darmadağınıyla yekunlaşıb - 4:1.
C qrupunda pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu İspaniyada “Barselona” ilə qarşılaşıb. Burada isə hadisələr gözlənilən şəkildə inkişaf edib. Katalonlar turnirin debütantını meydana çıxamağa peşman ediblər - 5:1
Bu qrupun digər matçında isə İtaliya “İnter”i evdə “Bavariya”nı sınağa çəkib. Turun əsas oyunlarından biri kimi səciyyələndirilən matçda alman maşını Milan təmsilçisinə aman verməyib - 0:2.
Həmçinin, D qrupunun ikinci oyununda “Tottenhem” İngiltərədə Fransa “Marsel”indən üstün olub - 2:0.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
A qrupu
“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) 4:1