İtaliya çempionatında “Napoli” ilə “Monz” klubu qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma “Napoli”nin xeyrinə bitib - 4:0.
"Napoli"nin yeni transferi, gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandanın heyətində ardıcıl ikinci matçında fərqlənib. Futbolçu dubla imza atıb.
"Napoli" - "Monza" - 4:0
Qollar: Xviça Kvaratsxeliya, 34, Osimhen, 45+2, Xviça Kvaratsxeliya, 62, Kim, 90+3
Qeyd edək ki, turnir cədvəlinə 6 xalla "Napoli" başçılıq edir. "İnter" 6 xalla 2-ci, "Milan" 4 xalla 3-cüdür.