Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Nazim Sadıqov UFC-də növbəti döyüşünə çıxır - Nərimanı məğlub edən braziliyalıya qarşı](https://images.oxu.az/2025/02/15/xZoJZn8f8StTKjCrpfhRfmUiO5HEOAr4pUe6Irk8:1200.webp)
Nazim Sadıqov UFC-də növbəti döyüşünə çıxır - Nərimanı məğlub edən braziliyalıya qarşı
Azərbaycanlı döyüşçü Nazim Sadıqov Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, o, Bakı vaxtı ilə fevralın 16-sı saat 4:00-da döyüşə çıxacaq.
N.Sadıqovun UFC-də yüngül çəki dərəcəsindəki rəqibi braziliyalı İsmael Bonfim olacaq.
İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.
Qeyd edək ki, döyüş ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.
Bu, Sadıqovun UFC-də dördüncü döyüşü olacaq. O, oktaqonda iki qələbə, bir heç-heçə ilə yadda qalıb. Nazimin rəqibi isə keçirdiyi üç döyüşün ikisində qələbə qazanıb, bir məğlubiyyəti var.