Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazim Sadıqovun UFC-dəki rəqibi bəlli oldu
Azərbaycanlı döyüşçü Nazim Sadıqovun Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti rəqibi bilinib.
Oxu.Az xəbər verir ki, o, braziliyalı İsmael Bonfimlə üz-üzə gələcək.
Döyüş gələn il fevralın 15-də Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.
İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.
Qeyd edək ki, bu, Sadıqovun UFC-də 4-cü döyüşü olacaq. O, səkkizguşəli rinqdə 2 qələbə, 1 heç-heçə ilə yadda qalıb. Rəqibi isə keçirdiyi 3 döyüşün 2-də qələbə qazanıbsa, 1 halda məğlub olub.
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
- Rafael Fiziyev: "Castin Qeycidən rədd cavabı gələndən sonra özümə bir kiloqram dondurma aldım"
- Konor Makqreqor yalın əllə döyüşməyə hazırlaşır
- Azərbaycanlı döyüşçü UFC turnirində növbəti qələbəsini qazanıb
- Nazim Sadıqov UFC-də növbəti döyüşünə çıxır - Nərimanı məğlub edən braziliyalıya qarşı
- Azərbaycanlı idmançı: "UFC şou-biznesdir"
Ən çox oxunanlar