I Liqada mübarizə aparacaq “İrəvan” klubunun baş məşqçisi Nazim Süleymanov özünə köməkçi götürüb.
Oxu.Az xəbər verir ki, Aleksandr Jidkov komandanın qapıçılar üzrə məşqçisi olacaq.
Qeyd edək ki, son illər Rusiyada bir sıra klublarda çalışmış 58 yaşlı mütəxəssis 2020-ci ilin yayından işsiz idi.
Xatırladaq ki, Süleymanov və Jidkovun münasibətləri keçmişə dayanır. Onlar uzun illər “Neftçi”də və Azərbaycan millisində birgə çıxış ediblər.