Gənclər və İdman Nazirliyi bu il də ilin yekunlarına dair təntənəli mərasim keçirməyəcək.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, buna səbəb koronavirus pandemiyasının davam etməsidir.
Bu səbəbdən də nazirlik tərəfindən ilin idmançıları (adətən bu say 11 nəfərdən ibarət olur – S.M.) müəyyənləşdirilib mükafatlandırılmayacaq.
Xatırladaq ki, nazirlik ötən il də pandemiya səbəbindən ilin yekunlarına dair tədbir keçirməyib.
Səbuhi Musayev