NBA-nın "Portlend Treyl Bleyzers" komandasının baş məşqçisi Çonsi Billaps Federal Təhqiqat Bürosu (FTB) tərəfindən tutulub.
Oxu.Az ESPN-yə istinadən xəbər verir ki, o, poker sahəsində qanunsuz fəaliyyətin və mafioz strukturlarla bağlı oyunların nəticələrinin təhrif edilməsinin təhqiqatı çərçivəsində saxlanılıb.
FTB təhqiqatı bir neçə məşhur basketbolçuya toxunur. Billapsın işi "Mayami Hit" oyunçusu Teri Rozyenin son həbsi ilə bağlıdır, o, özünün iştirak etdiyi oyunlara qanunsuz mərclər qoymaqda ittiham olunur.
49 yaşlı Billaps oyunçu karyerası ərzində 2004-cü ildə "Detroyt Pistons"un tərkibində NBA-da çempionluq titulunu qazanıb.