Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Neftçi" bu gün Türkiyə komandası ilə qarşılaşır
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv "Erzurumspor"la qarşılaşacaq.
Türkiyənin I Liqa təmsilçisi ilə görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, "Neftçi" daha öncə Super Liqa təmsilçiləri "Alanyaspor"u (3:1) və "Sivasspor"u (2:1) məğlub edib.
Ən çox oxunanlar
Rəylər