“Neftçi” kapitan Emin Mahmudovla yeni müqavilə bağlayıb.
Paytaxt klubunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, 31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşma imzalanıb.
2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı. Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib, 50 qol vuran Mahmudov 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.
Qeyd edək ki, bundan əvvəl qapıçı İvan Brkiçlə müqavilənin müddətini uzadan “Neftçi” milli komandamızın üzvləri - yetirməsi olan qolkiper Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.
17:35
“Neftçi” klubu kapitanı Emin Mahmudovla müqaviləsinin müddətini uzadıb.
“Ağ-qaralar” bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.
Sözləşmənin müddəti və şərtləri ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən paytaxt təmsilçisində çıxış edir. O, komandanın kapitanıdır.
🤍🖤 Continue with Captain!
— Neftçi PFK (@PFC_Neftchi) July 6, 2023
©️ Kapitan bizimlə davam edir!#EminMahmudov #Müqavilə #Neftçi #NeftçiTV pic.twitter.com/q6UX7kW6ti