Yeni mövsüm üçün hazırlıqla başlayan "Neftçi" heyətini kolumbiyalı futbolçu ilə gücləndirə bilər.
Oxu.Az Sportal.az saytına istinadən xəbər verir ki, "Millonarios"un forvardı Xon Kordoba "ağ-qaralar"ın formasını geyinə bilər.
24 yaşlı futbolçu özü də Azərbaycana gəlməyə müsbət yanaşır.
Kolumbiya klubu ilə müqavilə müddəti gələn ayın 30-da başa çatacaq Kordoba "Neftçi"nin transfer siyahısında yer alıb.
"Ağ-qaralar" Avropada istədiyi hücumçunu tapmasa, Kordoba variantını nəzərdən keçirəcək.
O, hazırda icarə əsasında Qvatemalanın "Malaseteso" klubunda oynayır.