"Neftçi"nin braziliyalı futbolçusu Breno Almeydanın mümkün transferi ilə bağlı xəbərlər yayılmaqda davam edir.
Oxu.Az Yunanıstanın "Novasports" nəşrinə istinadən xəbər verir ki, PAOK və Kiprin "Pafos" klublarının 28 yaşlı vingerə marağı böyükdür.
Məlumata görə, hər iki komanda qış transfer pəncərəsində futbolçunun keçidini nəzərdən keçirəcək. Yay transfer pəncərəsi dövründə "ağ-qaralar" PAOK klubunun bir milyon avroluq təklifini geri çevirmişdilər.
Qeyd edək ki, braziliyalı futbolçu 2026-cı ilin fevralında "Neftçi"yə keçib. Onun Bakı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Almeyda cari mövsümdə yeddi qolla Misli Premyer Liqasının bombardiridir.
