"Neftçi"nin futbolçusu Mustafa Sek karyerasını yenidən Portuqaliyada davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, Portuqaliyanın "Farense" klubu 30 yaşlı sol cinah müdafiəçisini heyətinə qatmaqda maraqlıdır.
Bildirilib ki, komanda futbolçunu mövsümün sonunda transfer etməyi planlaşdırır. Hazırda Portuqaliyanın aşağı liqasında çıxış edən "Farense" yüksək dəstəyə çıxmaq uğrunda mübarizə aparır.
Mustafa Sekin "Neftçi" ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Xatırladaq ki, "Farense" bu yay "Qarabağ"ın keçmiş qapıçısı Fabian Buntiçi transfer edib.
