Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Neftçi" PSJ-nin sabiq futbolçusunun keçidindən imtina edib
PSJ-nin sabiq ulduzu Leven Kyurzava karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı sol cinah müdafiəçisi menecerlər vasitəsilə "Neftçi"yə təklif olunub. Lakin Bakı klubunun İdman Departamenti futbolçunun xidmətində maraqlı olmayıb. Oyunçunun istədiyi məvacibin və yaşının çoxluğu buna səbəb olub.
Əslində, Kyurzavanın keçidi həll oluna bilərmiş. Yay "transfer pəncərəsi" dövründə Mustafa Sekin də kluba təklif olunması planları dəyişib. "Ağ-qaralar"ın rəhbərliyi yuxarıda qeyd olunan səbəblərdən fransalını yox, ispaniyalının keçidinə razılıq verib.
Qeyd edək ki, Leven Kyurzava hazırda azad agentdir. 32 yaşlı müdafiəçi karyerası ərzində "Monako", PSJ, "Fulhem" kimi klublarda çıxış edib. Futbolçu Fransa millisinin heyətində 13 oyun keçirib, bir qol vurub.
Rəylər