“Neftçi” Sankt-Peterburqda keçiriləcək “PARI Premyer” turnirində iştirak etməyə bilər.
Bu barədə klubun Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev açıqlamasında deyib. “Ağ-qaralar”ın rəsmisi bildirib ki, turnirin təşkilatçıları ilə məsləhətləşmə aparacaqlar:
“Biz hələ bilmirik ki, Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edəcəyik, ya yox. Yaxın vaxtlarda təşkilatçılarla danışacağıq. Bundan sonra klub yekun qərarını açıqlayacaq”.
Qeyd edək ki, Sankt-Peterburqdakı yarış iyulun 1-dən 15-nə kimi keçirilməlidir. Turnirdə “Neftçi” ilə yanaşı, “Zenit”, “Fənərbağça” (Türkiyə) və “Srvena Zvezda” (Serbiya) mübarizə aparmalıdırlar. Rusiyada ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüşlər səbəbindən turnir keçirilməyə bilər.
Mənbə: sport-express