“Neftçi” Avroliqanın oyunu ilə bağlı UEFA-ya müraciət edib.
Oxu.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Neftçi” - “Partizan” oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb.
Qarşılaşmanın Respublika stadionunda deyil, Bakcell arenada keçirilməsi üçün UEFA-ya müraciət ünvanlanıb. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək.
Qeyd edək ki, T. Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü “Qarabağ” - “Tvente” oyunundan sonra daha bərbad hala düşüb.