Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son oyununda “Neftçi” doğma meydanda “Sumqayıt” klubunu qəbul edib.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 6-cı dəqiqəsində Cavid İmamverdiyev “Flqaman”ı hesabda irəli çıxarıb. 19-cü dəqiqədə Yusif Nəbiyev oyunda tarazlığı bərpa edib. “Sumqayıt”ın qələbə qolunu isə matçın 71-ci dəqiqəsində Teymur Əsədov vurub.
Qeyd edək ki, bu “Neftçi”nin ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyətidir.
Turnir cədvəli:
| № | Komanda | Xal | Oyun |
| 1. | Qəbələ | 16 | 6 |
| 2. | İnter | 14 | 6 |
| 3. | Qarabağ | 13 | 6 |
| 4. | Kəpəz | 7 | 6 |
| 5. | Sumqayıt | 7 | 6 |
| 6. | Zirə | 6 | 6 |
| 7. | Neftçi | 3 | 6 |
| 8. | AZAL | 1 | 6 |
S.B.
www.oxu.az