Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Neftçi" Yuri Matias ilə müqaviləyə xitam verdi
"Neftçi"nin legioneri Yuris Matias ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, o, artıq komanda ilə sağollaşıb. Futbolçu "ağ-qaralar"dan ayrılır.
Daha öncə mətbuatda müdafiəçinin komandada qalacağı bildirilsə də, təcrübəli oyunçu "Neftçi"dən gedir.
Matias klubla yeni müqavilə imzalamayacaq. Onun karyerasını ölkəsi Braziliyada davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, futbolçunun klubla sözləşməsi mövsüm sonu başa çatır.
"Neftçi PFK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar