“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu daha əvvəl də Azərbaycanda olub.
Oxu.Az xəbər verir ki, o, “Arceş”in heyətində UEFA Kubokunun 1998/99 mövsümünün I təsnifat mərhələsində “Dinamo” (Bakı) ilə səfər oyunu üçün ölkəmizə gəlib.
Bir vaxtların ulduz futbolçusu avrokuboklarda ilk qolunu da Bakıda vurub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş və “Arceş”in 2:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın 52-ci dəqiqəsində fərqlənən 19 yaşlı Adrian komandasını hesabda irəli keçirib.
Xatırladaq ki, həmin zaman Rumıniyada baş tutmuş ilk oyunda 5:1 üstün olan “Arçeş” mərhələni keçən tərəf olub.
Qeyd edək ki, “Neftçi” Adrian Mutu ilə iki illik müqavilə imzalayıb.
Faiq Tahirov
Rəylər