“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin bazasında komandanın yeni çalışdırıcının təqdimat mərasimi keçirilib.
Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutan görüşdə Süleymanov komanda üzvlərinə təqdim edilib. Bundan sonra komanda yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə çıxıb. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.
Qeyd edək ki, mövsümün əvvəlindən komandada baş məşqçi vəzifəsinin icra edən Tərlan Əhmədov və köməkçiləri Bəxtiyar Musayevlə Kamal Quliyev Superkubokdakı məğlubiyyətdən sonra istefa verib.