11 yaşında ikən futbol karyerasına başlayan məşhur futbolçu Neymar meydançada daha bir şou göstərib.
Oxu.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, İspaniya La Liqasında 11 nömrə ilə çıxış edən gənc və bacarıqlı futbolçu Neymar da Silva qarşılaşmalarda və məşq prosesləri zamanı göstərdiyi oyunla bir çoxlarının sevimlisi olmağı bacarıb.
Futbolçu komanda daxilində keçirilən son məşqində də yoldaşları ilə birlikdə heyrətamiz şou göstərib.
Qeyd edək ki, braziliyanın “Santos” klubu ilə karyerasına başlayan gənc futbolçu 2013-14 mövsümü başlamadan əvvəl 57 milyon avro müqabilində “Barselona”ya transfer edib.