İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının futbolçusu Neymar növbəti nailiyyətə imza atıb.
Oxu.Az xəbər verir ki, o, 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində iştirak edib.
Braziliya yığmasının 5:0 hesablı qələbə qazandığı görüşdə Neymar qollardan birinin müəllifi olub.
Neymar "Barselona"da 95, "Santos"da 138, Braziliyanın əsas yığmasında 49, ölkənin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət millilərində isə 18 dəfə fərqlənib.
Beləliklə də 24 yaşlı Neymar əsas yığmadakı qol sayında millinin sabiq hücumçusu Zikonu geridə qoyub. Gənc forvard hazırda Pele (77 qol), Ronaldo (62) və Romarioya (55) uduzur.
N.O.