Braziliya ilə Kolumbiya arasında yoldaşlıq görüşü keçirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, matçın 83-cü dəqiqəsində Neymarın cərimə zərbəsindən vurduğu mükəmməl qol görüşün taleyini həll edib. Braziliya elə bu qolun sayəsində Kolumbiya üzərində 1-0 hesablı qələbə qazanıb.