Braziliya hücumçusu Neymar, Kolumbiya ilə oyun zamanı bel fəqərəsinin sınması səbəbindən, Dünya çempionatının digər oyunlarında iştirak edə bilməyəcək.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sınığa səbəb final fitinə 5 dəqiqə qalmış 22 yaşlı futbolçunun kürəyinə dəyən zərbə olub.
Braziliyalıların kapitanı Tyaqu Silva da Almaniya ilə keçiriləcək yarımfinal matçında iştirak edə bilməyəcək, belə ki, o ikinci sarı vərəqəni alıb.
Braziliyalılar yığma komandalarının qələbəsini atəşfəşanlıq və küçədə rəqslərlə qeyd ediblər.