Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu topuğundan xəsarət aldığından 21-ci dəqiqədə Evertonla əvəzlənib.
Bu zaman göz yaşlarına hakim ola bilməyən ulduz futbolçu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarının qırıldığı və 15 iyunda başlayacaq Amerika Kubokunu buraxacağı müəyyənləşib.

Səbuhi MUSAYEV