Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nicat Abasov Dünya Kubokunun yarımfinalında: Maqnus Karlsenlə qarşılaşacaq - YENİLƏNİB + VİDEO
Bakıda keçirilən Dünya Kubokunun yarımfinalında Azərbaycan şahmatçısı Nicat Abasov norveçli qrossmeyster Maqnus Karlsenlə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, turnirin 1/4 finalında M.Karlsen hindistanlı Qukeş Dommaraju ilə qarşılaşıb.
İlk klassik oyunda norveçli qalib gəlib, ikincidə isə heç-heçə qeydə alınıb (ümumi hesab: 1,5 - 0,5).
18:23
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.
İlk qarşılaşma heç-heçə başa çatmışdı.
Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.
"Birləşmiş Ərəb Əmirlikləri" teqi üzrə xəbərlər
- Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub
- Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib
- Dubayda eni mənzil ölçüsündə olan nazik göydələn tikiləcək
- Futbolçu karyerasını bitirən Andres İnyesta baş məşqçi olmaq qərarına gəlib
- Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Rəylər