Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.
“Report” xəbər verir ki, bu yarışda Azərbaycanı qrosmeyster Nicat Abasov təmsil edir.
O, ilk turda dünya vitse-çempionu Yan Nepomnyaşiyə qarşı heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan idmançı hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.
Rəylər