“Qalib gəlmək üçün daha çox çalışmalıyıq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət voleybol komandasının üzvü Nikolina Başnakova deyib.
“Aropa Liqasının başlamasına çox az zaman qalıb. Məşqlərdə əlimizdən gələnləri edirik. Qalib gəlmək və uğurlu nəticə əldə etmək istəyiriksə, çox çalışmalıyıq”.
Nikolina Başnakova İtaliyada yaşadığı legioner həyatı ilə bağlı da danışıb:
“Kosta Volpino” klubunda çıxış etməyim mənim üçün təcrübə oldu. Orada öyrəndiklərimi milli komandada çıxışım zamanı tətbiq etməyə çalışacağam. İtaliyada voleybol digərlərindən fərqlidir. Daha çox çalışmalı və əsas heyətə düşməyi bacarmalısan”.
Qeyd edək ki, Nikolina Başnakova hansı kluba keçəcəyi ilə bağlı suala təkliflərin olduğunu, amma milli komanda ilə Avropa çempionatına kökləndiyi üçün başqa klublarla danışıqlar aparmadığını bildirib.
Anar Həsənov
Rəylər