Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Noyer mövsümü vaxtından əvvəl başa vurdu - FOTO
“Bavariya”nın və Almaniya milli futbol komandasının qapıçısı Manuel Noyer xizək sürərkən aldığı zədə səbəbindən mövsümü erkən başa vurub. Bu barədə o, “Instagram” hesabında yazıb.
Dünya çempionatında Almaniya millisi E qrupunda üçüncü yeri tutub və pley-offa yüksələ bilməyib.
“İlin sonu mütləq daha yaxşı keçə bilərdi. Xizək sürərkən ayağımı sındırdım. Dünənki əməliyyatım yaxşı keçdi, həkimlər çox sağ olsunlar. Ancaq mənim üçün mövsümün bitdiyini anlamaq ağırdır”, - deyə Noyer yazıb.
36 yaşlı Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. Komandanın tərkibində 488 oyun keçirən futbolçu onların 233-də qapısından top buraxmayıb. “Bavariya” ilə birlikdə Noyer 10 dəfə Almaniya çempionu olub, yeddi dəfə Almaniya Superkubokunu, altı dəfə Almaniya Kubokunu, iki dəfə Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb. 2006-2011-ci illərdə qapıçı “Şalke”də çıxış edib.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
- Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var
- Berlində ruhi xəstə yoldan keçənlərə bıçaqla hücum etdi - Yaralılar var
Rəylər