Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nuri Şahin Almaniyaya qayıdır
“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Almaniyada çalışacaq.
Bu barədə insayder Ertan Süzgün sosial şəbəkə hesabında məlumat verib.
Bildirilir ki, 35 yaşlı mütəxəssis Dortmund “Borussiya”sının məşqçilər korpusunda yer alacaq. Türkiyəli məşqçi Dortmund təmsilçisinin baş məşqçisi Edin Terziçin köməkçisi vəzifəsini icra edəcək.
Türkiyə millisinin sabiq üzvü olan Nuri növbəti mövsümdən isə “Borussiya”nın baş məşqçisi təyin olunacaq.
Qeyd edək ki, Nuri Şahin “Borussiya”nın yetirməsidir. O, futbolçu karyerası ərzində “Feyenoord”, “Real”, “Liverpul”, “Verder” və “Antalyaspor”da çıxış edib. Nuri Şahinin baş məşqçilik karyerası isə yalnız “Antalyaspor”la bağlıdır. Gənc mütəxəssis 2021-ci ilin oktyabr ayından Super Liqa klubunu çalışdırır.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
- Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaq
Rəylər