İngiltərənin “Nyukasl” futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Premyer Liqa təmsilçisinin yaydığı məlumata görə, bu bu vəzifəyə Edi Hau təyin olunub.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 5 xalla turnir cədvəlində 19-cu pilləni tutur.
🤝 𝗛𝗢𝗪𝗘-𝗔𝗬 𝗧𝗛𝗘 𝗟𝗔𝗗𝗦 🤝
— Newcastle United FC (@NUFC) November 8, 2021
We are delighted to confirm the appointment of Eddie Howe as the club’s new head coach.
Welcome to Newcastle United, Eddie! ⚫️⚪️