Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə “Turkish Open” turnirində Azərbaycan milli komandası daha bir medal qazanıb.
Taekvando Federasiyasından Oxu.Az-a verilən məlumata görə, +87 kq-da yarışan son Olimpiya çempionumuz Radik İsayev gümüş medalla kifayətlənib.

Xatırladaq ki, ilk yarış günündə Milad Beiqi (-87 kq) qızıl medal qazanmışdı.