Qazaxıstan millisində çıxış edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov olimpiya medalının əlindən alınması və səkkiz il müddətinə diskvalifikasiya olunması ilə bağlı apellyasiya şikayəti verəcək.
Bu barədə 29 yaşlı idmançı şəxsi “Instagram” hesabında bildirib.
Rəhimov bir çox sualları cavabsız qaldığı üçün qərarla qətiyyən razı olmadığını vurğulayıb: “Bu məsələdə ən dəhşətlisi odur ki, onlar Olimpiada vaxtı göndərilən nümunəmlə bağlı heç bir sual olmadan mənim və ümumilikdə Qazaxıstanın əsas mükafatı hesab edilən Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qızıl medalını əlimdən almaq istəyirlər”.
Qeyd edək ki, Beynəlxalq Dopinq Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.
Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün iki il müddətinə diskvalifikasiyaya məruz qalıb.
View this post on Instagram
"Qazax rayonu" teqi üzrə xəbərlər
- Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video
- Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
- Xəzər dənizində həlak olan daha iki hərbçinin cəsədi tapıldı
- Qazaxda açıq ərazidə YANĞIN - FOTO/VİDEO
- Əhali dəhşət içində yaşamaqdan təngə gəldi: "Bir it hürən kimi digərləri də toplanıb adamın üstünə cumur" - Video
Digər xəbərlər