“Yeni yaranan və millimizin sabiq futbolçularından ibarət “Xankəndi” minifutbol komandasıyla görüşdük”.
Bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov “X” sosial şəbəkə platformasındakı paylaşımında bildirib.
“Bu mövsüm ölkə minifutbol liqasında mübarizəyə başlayacaq komanda ilə hal əhval tutaraq uğurlar arzu etdik. Minifutbolumuzun inkişafı keçmiş ulduz futbolçuları meydanlara qaytarır. Federasiyamız hər zaman veteranlara dəstək olacaq”, - deyə Orxan Məmmədov qeyd edib.
Yeni yaranan və futbol millimizin sabiq futbolçularından ibarət #Xankəndi minifutbol komandasıyla görüşdük.Bu mövsüm ölkə minifutbol liqasında mübarizəyə başlayacaq komanda ilə hal əhval tutaraq uğurlar arzu etdik.Minifutbolumuzun inkişafı keçmiş ulduz futbolçuları meydanlara… pic.twitter.com/UACp5cky0c
— Orkhan Mammadov (@MammadovOrkh) October 25, 2023