Dubayda keçirilən parakarate üzrə dünya çempionatına Azərbaycan idmançıları uğurla başlayıblar.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən bildirilib ki, komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Emiliya Mitilinova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılıb.